Bakıda Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası üzrə görüş keçirilir

Bakıda dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin müavinlərinin görüşü keçirilir.

Bu barədə Brüsseldə Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov məlumat verib.

“Bu gün Bakıda nazir müavini Xələf Xələfov ilə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya arasında görüş keçirilir. Görüş artıq başlayıb, onlar delimitasiya məsələsi ətrafındakı vəziyyəti müzakirə edəcəklər. Görüş ikigünlükdür, sabah da davam edəcək”, – o deyib.

ƏvvəlkiBakıdakı Yay Olimpiya Festivalını yayımlayacaq telekanal müəyyənləşib
NövbətiSəfir: “Xarici İşlər nazirlərinin görüşü ilə bağlı yekun sənədin qəbul edilməsi ümumiyyətlə nəzərdə tutulmamışdı”