Bakıda avtomobillər toqquşub, ölən var

Bakıda yol qəzası olub.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 14-də saat 19 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakinləri Q.Nəhmətovun idarə etdiyi “Hyundai” və Şövkət Sofinin idarə etdiyi “Oka” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən Ş.Sofin mayın 15-də ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.