Bakıda avtomobilin hissələri oğurlandı

Bakıda avtomobilin hissələrini sökərək oğurlayan şəxs saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 15-də Z.Bəndəliyevə məxsus avtomobilin 1 200 manat dəyərində hissələrini sökərək oğurlamaqda şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş R.Qurbanov saxlanılıb.

ƏvvəlkiAzərbaycanda daha bir imtahan təxirə salındı
NövbətiPrezident Rafael Dadaşovun vəfatı ilə əlaqədar nekroloq imzalayıb