Bakıda avtomobil piyadanı vurub öldürdü

Türk.az-ın xəbərinə görə, hadisə fevralın 9-da, saat 12 radələrində, paytaxtın Nərimanov rayonu, Təbriz küçəsində qeydə alınıb.

Belə ki, E.Aydınov “Rent a car”a məxsus “Lexus” markalı avtomobili idarə edən zaman piyada Rauf Əliyevi vurub. Xəstəxanaya çatdırılan yaralı orada ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.