Bakıda avtomobil piyadanı vuraraq öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, martın 21-i saat 21 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini A.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Heydərəli Həsənovu vurub. Piyada hadisə yerində ölüb.

Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Əvvəlkiİtaliyada koronavirusdan ölüm həddinin yüksək olmasının səbəbi açıqlanıb
NövbətiTacikistanın Xocənd şəhərində Novruz şənliyi keçirilib