Bakıda ağır qəza olub

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Abşeron rayonu Masazır qəsəbəsi Masazır-Novxanı yolunda qeydə alınıb. İki “LADA” markalı, 15-BV-216 və 99-VK-812 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Avtomobilin deformasiyaya uğramış salonundan şəxsləri çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Avtomobildən çıxarılan sürücü və sərnişin aidiyyəti üzrə təhvil verilib.

ƏvvəlkiDövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün 1400-dək namizəd qeydiyyatdan keçib
NövbətiSabah “YAŞAT” Marafonu təşkil ediləcək