Bakıda 5 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilir

Sabah Bakıda 7A, 7B, 67, 199 və 211 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək.

Bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, buna səbəb sabah saat 09:00-dan 21:00-a qədər Bakının Ə.Salamzadə küçəsinin yan yolunda (Ceyhun Səlimov küçəsindən Tbilisi prospektinə qədər olan istiqamət üzrə) təmir işlərinin aparılmasıdır. Odur ki, nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Dəyişikliyə əsasən, sözügedən marşrut xətləri üzrə avtobusların hərəkət sxemləri Ziya Bünyadov prospekti istiqamətində dəyişdirilərək Tbilisi prospekti və Alı Mustafayev (3-cü mkr bazarı) küçəsindən keçməklə təşkil ediləcək və daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcək.