Bakı Zooparkında şir balası dünyaya gəlib

Bu yaxınlarda Bakı Zooloji Parkında yaşayan şirlərin birinin balası dünyaya gəlib.

Trend xəbər verir ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooparkını ziyarət edərək şir balasına baş çəkib, onun vəziyyəti və saxlandığı şəraiti ilə tanış olub.

Şirin anası təcrübəsiz olduğu və balasına baxa bilmədiyinə görə yeni doğulan şir balası ayrı yerdə saxlanılır. Hal-hazırda bala xüsusi təchiz edilmiş isti otağa yerləşdirilib, baytar həkim və zoopark əməkdaşlarının mütəmadi nəzarəti altında saxlanılır.

Təxminən 3 kq çəkisi olan dişi cinsli şir balasının doğulması ilə zooparkda yerləşən şirlərin sayı 5-ə çatıb.

 

 

ƏvvəlkiAzərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 224 min 605-dir
NövbətiTürkiyədə “omikron” ştammına 42 yoluxma halı aşkarlanıb