Bakı və şəhərətrafı yollarda 6 yeni yerüstü piyada keçidi tikiləcək

Qısa müddət ərzində Bakı və şəhərətrafı yollarda, eləcə də avtomagistrallarda 6 yeni yerüstü piyada keçidinin inşasına başlanılması nəzərdə tutulub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Həmin ünvanlar aşağıdakılardır.

– Zığ yolunda;

– M-2 Bakı-Ələt avtomobil yolunun 49-cu kilometrliyində (Qaradağ rayonu, Qobustan qəsəbəsi, Yol evi yaşayış massivi);

– M-2 Bakı-Ələt yolunun 61-ci kilometrində;

– Babək prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində;

– Nobel prospektində, “Ağ şəhər” layihəsi çərçivəsində;

– Ziya Bünyadov prospektində, Təhsil Nazirliyinin 9 saylı Bakı Peşə Liseyinin yanında.

ƏvvəlkiAzərbaycanın ekoloji risklər xəritəsi tərtib olunub
NövbətiAtəşkəs rejimi 23 dəfə pozulub