Bakı-Sumqayıt yolunda avtomobil dəmir arakəsməyə çırpıldı

Bakı-Sumqayıt yolunda avtomobil qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə yolun Xırdalan dairəsi yaxınlığında qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobil dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Qəza ilə əlaqədar yolun bir hissəsində uzun məsafəli tıxac, yolun əks tərəfində isə sıxlıq yaranıb.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiTəlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib
NövbətiBu gün Od çərşənbəsidir