Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında gediş haqqında dəyişikliklər ediləcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə, 28 yanvar 2019-cu il tarixdən etibarən Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarınnın gediş haqqında müəyyən dəyişikliklər ediləcək.

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində, bilet kassalarında eləcə də köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlərlə yanaşı elektron plastik kartlar istifadə edilir. Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir.

Sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlərin yarandığını nəzərə alaraq, eyni zamanda bilet satışı köşklərində eləcə də kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gediş haqqı arasında qiymət fərqi tətbiq ediləcəkdir.

Bundan başqa, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcəkdir.

İstiqamət

Tarif (manatla)

(ƏDV daxil olmaqla)

Ekonom Biznes
Plastik kartla çap olunmuş

biletlə

 

Plastik kartla çap olunmuş

biletlə

 

Bakı-Sumqayıt (Sumqayıt-Bakı) 1,0 1,10 2,00 2,10
Bakı-Biləcəri (Biləcəri-Bakı) 0,40 0,50 1,60 1,70
Bakı-Xırdalan (Xırdalan-Bakı) 0,60 0,70 1,80 1,90
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) 0,40 0,50 1,20 1,30
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) 0,80 0,90 1,80 1,90
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) 0,60 0,70 1,60 1,70
ƏvvəlkiBakı Metropoliteninin deposunda daha bir yarımstansiyası qurulur
NövbətiAŞPA-da millət vəkili Naqif Həmzəyevə etimad göstərilib