Bakı-sərnişin Keşlə mənzilində Texniki nasazlıq aradan qaldırılıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi Şöbəsindən Türk.az-a verilən məlumata görə,Keşlə mənzilində texniki nasazlıq aradan qaldırılıb.

Kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat
03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki
nasazlıq yaranıb.
Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli
olan elektrik qatarları hərəkətdə olmayıb.
Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb.
Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.

ƏvvəlkiAvstraliyada 828 milyon dollarlıq narkotik maddə müsadirə edilib
NövbətiAzərbaycan nefti kəskin bahalaşıb