Bakı-Qazax yolunda yük maşını piyadanı vuraraq öldürüb – FOTO

Bakı-Qazax avtomobil yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə magistral yolun Goranboy rayon, Dəliməmədli şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Məmmədov Gündüz Gülağa oğlu idarə etdiyi “Mercedes” markalı yük maşını ilə yolu qarşı tərəfə keçmək istəyən 1978-ci il təvəllüdlü Eldar Əmrah oğlu Əmrahovu vurub. Nəticədə piyada aldığı ağır xəsarətlərdən yerindəcə ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Oğuzda yaşlı qadını avtomobil vurub.

ƏvvəlkiAzərbaycanda “Peugeot”nun yeni modeli istehsal olunacaq
NövbətiDeputatdan təklif: “Gəncədə Cavad xanın heykəli ucaldılsın”