Bakı polisi: Jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur

“Kütləvi tədbirlər zamanı ali məqsədi həqiqəti yaymaq, peşəkarlıq meyarı obyektivlik olan jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsi üçün hər hansı məhdudiyyət yoxdur”.

“Report”un xəbərinə görə, bunu Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev jurnalistlərin kütləvi tədbirlər zamanı davranış qaydaları və təhlükəsizliyilə bağlı mətbuatın sorğusunu cavablandırarkən deyib.

E.Hacıyev bildirib ki, kütləvi tədbirləri və aksiyaları işıqlandırarkən jurnalistlər daha diqqətli və məsuliyyətli olmalı, prosesə müdaxilə etməməli, müşahidə funksiyasını yerinə yetirməlidirlər:

“Jurnalistlərə peşə davranışının tələblərinə rəhbər tutmalarını, digər iştirakçılardan fərqlənmələri üçün Mətbuat Şurasının müəyyən etdiyi, üzərində “PRESS” yazılan gödəkçə geyinmələrini tövsiyə edirik”.

Əvvəlki“Azərbaycanın dəmir yollarının səmərəliliyinə görə MDB-də lider olması təbiidir” – ŞƏRH
NövbətiGürcüstanda tikintidə yıxılan Azərbaycan vətəndaşının vəziyyəti ağır olaraq qalır