Bakı Musiqi Akademiyasında xatirə konserti təşkil ediləcək

Aprelin 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında akademiyanın tələbəsi, İkinci Qarabağ müharibəsində şəhid olmuş Tamerlan Mahmudova həsr olunmuş xatirə konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri və “Detaşe” violinoçular ansamblı çıxış edəcəkdir.

Əvvəlki“Yaşıl Dünya Uğrunda” Vətəndaş Cəmiyyəti Platformasının qurulması üçün təşkilat komitəsi yaradıldı
NövbətiAzərbaycan güləşçisi Rafiq Hüseynov üçqat Avropa çempionu olub