Bakı dairəvi dəmir yolunun elektrik təchizatı sistemi yenidən qurulur

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə,Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2018-ci ilin mart ayında imzaladığı “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncama əsasən işlər davam edir.

Hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də bir sıra istiqamətlərdə işlər aparılır.

Belə ki, İnfrastruktur Departamentinin “Əsaslı Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Bakı dairəvi yolunda elektrik təchizatı sistemi yenilənir.

“Əsaslı Təmir” MMC-dən verilən məlumata görə, Nərimanov stansiyasından Sabuncu stansiyasına qədər olan dəmir yolu xəttində 73 ədəd qəzalı kontakt şəbəkəsi dayaqları yenisi ilə əvəz olunub. Sabunçu stansiyasında 30 ədəd yeni kontakt şəbəkəsi dayağı qoyulub və 8 ədəd rigel quraşdırılıb eləcə də kontakt şəbəkəsi çəkilib və nizamlanıb.

Hal-hazırda təmir işləri davam etdirilir.

ƏvvəlkiAnkarada Azərbaycan, Rusiya və Türkiyə dəmir yolları arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
NövbətiKeçmiş müavini Cahangir Hacıyevi məhkəmədə ittiham edib