Aztəminatlı gənclərin mənzil problemlərinin həlli üçün dövlət tərəfindən tədbirlər görüləcək

Azərbaycanda sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş tədbirlər həyata keçiriləcək.

Trend-in məlumatına görə, bununla bağlı “Gənclər siyasəti haqqında” qanuna dəyişikliklər edilir.

Dəyişikliklərə əsasən, gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələrinin sayı artırlııb.

Bu vəzifələr aztəminatlı gənc ailələrin sosial müdafiəsi, gənc alimlərin elmi fəaliyyətinin dəstəklənməsi, gənclər arasında könüllülük fəaliyyətinin təşviqi, gənclərin fərdi inkişafı üçün qeyri-formal və informal təhsilalma imkanlarının yaradılması, radikalizmin qarşısının alınması və digərləridir.

Yeni layihə Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

ƏvvəlkiAzərbaycanda yaşayan Türkiyə vətəndaşlarının sayı açıqlanıb
NövbətiBakı Ali Neft Məktəbi və Polşanın “WSB” Universiteti arasında müqavilə imzalandı