AZPROMO sahibkarları beynəlxalq sərgidə iştiraka dəvət edir

Fevralın 21-25-də Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində “Gulfood” beynəlxalq qida sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a bildirilib ki, qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarlar sərgidə iştiraka dəvət olunur.

Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun rəsmi internet səhifələrində əldə etmək olar.

ƏvvəlkiAbşeronda traktor qaz xəttini zədələdi
NövbətiAzərbaycanda koronavirus infeksiyasına daha 4381 yoluxma faktı qeydə alınıb, 3658 nəfər sağalıb