AZPROMO Latviyanın İnvestisiya və İnkişaf Agentliyi ilə Anlaşma Memorandumu imzalayıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Latviya Prezidenti Katibliyinin rəhbəri Andris Teikmanis ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə nazir məlumat verib.

“Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafı, iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti və potensial əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük. Görüş çərçivəsində Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Latviyanın İnvestisiya və İnkişaf Agentliyi (LIAA) arasında imzalanmış Anlaşma Memorandumu ikitərəfli iqtisadi münasibətlərin möhkəmlənməsinə və birgə investisiya layihələrinin həyata keçirilməsinə töhfə verəcək”, – deyə Mikayıl Cabbarov qeyd edib.

Əvvəlki“Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb
NövbətiVinni Byanyima: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaradılması olduqca əhəmiyyətli təşəbbüsdür