“Azneft”ə yeni təyinatlar olub

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində (İB) bir neçə idarə rəsi vəzifəsinə yeni təyinatlar olub.

Türk.az bu barədə İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, Ramin Quliyev “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi, Fəxri Haqverdiyev Ə.Əmirov adına NQÇİ-nin rəisi, Cavanşir Nuriyev isə H.Z.Tağıyev adına NQÇİ-nin rəisi təyin ediliblər.

Əvvəlki“AMEA-da maaşlar çox aşağıdır” – Ramiz Mehdiyevdən analoqu olmayan açıqlama
Növbəti“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 2019-cu ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib