“Azeri Light” neftinin qiyməti 62 dollara çatır

Azərbaycan neftinin qiyməti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,93 dollar bahalaşaraq 61,93 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

ƏvvəlkiRusiyada qar uçqunu, ölən və yaralılar var
NövbətiAzərbaycanın daha 8 müəssisəsi Rusiyaya pomidor ixrac edəcək