“AzerGold” QSC Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradaraq layiqli zəfər qazanmaqda davam edən Ordumuza dəstək olub.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “AzerGold”un əməkdaşları biraylıq vəzifə maaşı məbləğində vəsaiti könüllü olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianə ediblər.

Bununla yanaşı, ötən həftə QSC tərəfindən Silahlı Qüvvələrə tələbata uyğun zəruri əşyalardan ibarət bir neçə yük maşını da cəbhənin müxtəlif istiqamətlərinə yola salınıb. QSC bu yöndə lazım olan fəaliyyətləri davam etdirəcək.

“AzerGold” QSC Vətənin bütövlüyü uğrunda vuruşan əsgərlərimizin bu şanlı döyüşdən qalib ayrılacağına və tezliklə üçrəngli Azərbaycan bayrağının işğal altındakı torpaqlarda dalğalanacağına əminliyini ifadə edir.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

ƏvvəlkiErmənilər BTC kəmərini “Smerch”lə vurmaq istəyib
NövbətiPutin: “Ermənistan KTMT-nin üzvüdür, lakin hərbi əməliyyatlar Azərbaycanda gedir”