AZAL Türkiyəyə səfər edənlərə müraciət edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Türkiyəyə səfər edən sərnişinlərə müraciət edib.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, Türkiyəyə giriş qaydalarına əsasən, Azərbaycan vətəndaşlarının (körpələr və uşaqlar da daxil olmaqla) ümumvətəndaş pasportu ölkəyə giriş günündən başlayaraq ən az 180 gün müddətində etibarlı olmalıdır. AZAL-ın xüsusi reysləri ilə İstanbula səyahət edən sərnişinlərə pasportlarının müddətini bir daha yoxlamaq tövsiyə olunur.

ƏvvəlkiPrezident İlham Əliyev Bakıdakı 251 nömrəli məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib
NövbətiQarşı yola çıxan “Porsche” keçiddə piyadanı belə vurdu