AZAL-ın Naxçıvana uçan təyyarəsi tufanla əlaqədar Bakıya qayıdıb

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

Bu barədə “Report”a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

ƏvvəlkiAzərbaycanda hərbçilərin sosial sığorta sistemində fərdi uçotunun aparılması qaydası müəyyənləşir
NövbətiPrezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib