AZAL Bakı-Almatı aviareyslərini ləğv edib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Almatı şəhərinə həyata keçirilən reysləri ləğv edir. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib.

AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və ya pulsuz yenidən rezervasiya təklif olunacaq.

Qeyd edək ki, Bakı-Almatı üzrə reyslər aviaşirkət tərəfindən həftənin cümə günləri, Almatı-Bakı reysi isə şənbə günləri həyata keçirilirdi.

ƏvvəlkiGürcüstan parlamentinə sədr seçilib
NövbətiÖzünü FHN polkovniki kimi təqdim edən şəxsin beynəlxalq axtarışda olduğu məlum olub