Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində növbəti yeddinci təlim keçirildi

Aprelin 16-da Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Zəngilan rayonu 4 nömrəli tam orta məktəbdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti yeddinci təlim keçirildi.

Layihənin rəhbəri Pərvanə Talıbova altıncı təlimdə yaradıcı ev tapşırığı kimi verilmiş mövzunun sorğusunu apardı və nəticədən çox razı qaldı. Bir qalanın sirri kinofilmindən fraqmentlər göstərildi. Oxunun əhəmiyyəti, şəxsiyyətin formalaşmasında oxunun rolu, oxu ənənəsinin yaradılması haqqında mövzu təlimçi Nüşabə Mehtiyeva tərəfindən maraqla təqdim olundu. Uşaqlar arasında paylanmış materialların rəvan və səlis oxunmasına və nitq mədəniyyətinin inkişafına diqqət yetirildi. Söz assosiasiyası üsulundan istifadə edərək ” Nə üçün oxumalıyıq? ” sualına təlim iştirakçıları tərəfindən cavab axtarıldı.

ƏvvəlkiAprelin 15-də Azərbaycanda COVID-19 əleyhinə 7 min dozadan çox vaksin vurulub
NövbətiRegionda silsilə ekoloji tədbirlər davam edir