Azad Müəllimlər İctimai Birliyi dəyirmi masa keçirdi

Fevralın 20-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili ” layihəsi çərçivəsində ilkin dəyirmi masa olmuşdur.

“Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi

Dəyirmi masada layihə haqqında ətraflı məlumat verən layihənin rəhbəri Pərvanə Talıbova bildirdi ki, layihə rəhbəri, əlaqələndirici və məsləhətçi-ekspert daxil olmaqla 3 nəfərdən ibarət işçi qrupu yaradılmışdır. Qrup arasında fəaliyyət funksiyaları müəyyənləşdirilib, bu da Layihənin kollegial idarə olunmasına şərait yaradacaqdır.Layihə ilə bağlı Zəngilan şəhər Təhsil İdarəsinə rəsmi müraciət göndərilib. Müraciətin nəticəsi olaraq layihənin həyata keçiriləcəyi 2 pilot məktəb və könüllülər müəyyənləşdirilib.

Bu günkü Dəyirmi Masa ictimaiyyətin ilkin məlumatlandırılması üçündür. Qarşımızda duran məsələlər sosioloji sorğu əsasında 40 nəfər gənc və yeniyetmənin və könüllülülərin seçilməsi, onlar üçün keçiriləcək seminarların proqramların hazırlanması, təlimçilərin seçilməsi və müqavilələrin imzalanmasıdır.

Mövzu ilə bağlı paylama materialları hazırlanacaq və hər bir iştirakçı bu materiallarla təmin ediləcəkdir.Layihə ərzində gənclər və yeniyetmələr üçün 10 seminar və 6 dərnək təşkil ediləcəkdir. Böyük ədiblərin, siyasi xadimlərin və digər məşhur insanların evlərinə canlı və ya onlayn səyahət təşkil olunacaq. Artıq bir neçə məşhur insanla bu barədə danışıqlara başlamışıq. Gəncləri və yeniyetmələri kiçik hekayələr və şeirlər yazmağa həvəsləndirmək üçün müsabiqə təşkil ediləcək və onları həvəsləndirmək üçün mükafatlandırma aparılacaq.

Oxu mədəniyyətindən bəhs edən flayerlər hazırlanır, seminar iştirakçılarına və dəyirmi masa iştirakçılarına paylanacaq.

QHT nümayəndələrinin, Zəngilan şəhər təhsil idarəsinin, İctimaiyyətin və KİV-lərin iştirakı ilə Yekun dəyərləndirmə dəyirmi masası keçiriləcəkdir. Bu layihənin nəticələrini qiymətləndirməkdə mühüm mərhələ olacaqdır.

ƏvvəlkiTRACECA-nın Azərbaycan hissəsində 39,6 milyon ton yük daşınıb
NövbətiAzərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 787 min 678-dir