Azad Müəllimlər İctimai Birliyinin həyata keçirdiyi layihəsi çərçivəsində növbəti doqquzuncu təlim keçirildi

Aprelin 24-də Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən Zəngilan rayonu 4 nömrəli tam orta məktəbdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi çərçivəsində növbəti doqquzuncu təlim keçirildi.

Bugünkü təlimin mövzuları “Ağıllı olmaq üçün neçə kitab oxumalıyıq?”, “10 kitabın sirri”, “Kitabxanalardan istifadə qaydaları” oldu.Təlimin mövzularına uyğun olaraq, iştirakçılar “Ağıllı olmaq üçün neçə kitab oxumalıyıq?”, “10 kitabın sirri” kimi sualları təlimçinin köməyi ilə cavablandırdılar. Kitabxanaya yazılarkən “Kitabxanadan istifadə qaydaları”- na əməl etməli olduqları barədə məlumat aldılar. Kitabxanaya yazılarkən oxucular aşağıdakı “Kitabxanadan istifadə qaydaları” na əməl etməlidirlər
• Kitabxana kitablarına və digər sənədlərinə qarşı diqqətli olmalı, sənədlərdə qeydlər etməməli, səhifələrini cırmamalı, qatlamamalıdörlar;
• Kitabların qaytarılma müddətinə ciddi əməl etməlidirlər;
• Kitabxanadan götürdüyü hər kitaba görə formulyarda imza atmalıdırlar;
• İstifadə üçün qəbul olunan ədəbiyyatda aşkar olunan nöqsanlar haqqında dərhal kitabxanaçıya vaxtında məlumat vermək lazımdır, əks halda oxucu onların zədələnməsinə görə məsuliyyət daşıyır;
• Kitabxana fonduna dəyən ziyana görə müəyyən edilmiş qaydada cərimə ödəməli və yaxud eyni kitabı yenisi ilə əvəz etməlidir;
• Kitabxanaya məxsus kitablara və digər sənədlərə dəyən ziyana görə uşaqların valideynləri (qanuni təmsilçiləri (nümayəndələri)) məsuliyyət daşıyırlar;
• Kitabxana işçilərinə və oxuculara qarşı nəzakətli və xeyirxah
olmalıdırlar;
• Oxu zalında sakitliyə, şəxsi gigiyena qaydalarına riayət etməli
və kitabxana əmlakına, avadanlıqlarına ehtiyatla yanaşmalıdırlar;
• Fövqəladə hallarda (yanğın, qəza, terror aktı və s.) kitabxana
əməkdaşlarının tələblərinə riayət etməlidirlər.
Tədbirdə elektron lövhədən, ağ lövhədən və digər əyani vasitələrdən geniş istifadə edildi.