“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri növbəti dəfə onlayn vətəndaş qəbulu keçirib.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, videoformatda keçirilən görüş zamanı Baş direktor Ruslan Əliyev Gədəbəy rayonu, Baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Daşkəsən rayonu, Baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov isə Ağstafa rayon sakinlərinin müraciətlərini dinləyiblər.

Vətəndaşlar qəbul zamanı qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri Birliyin rəhbər şəxslərinə çatdırıblar. Bundan əlavə, vətəndaşlar tərəfindən qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər də ünvanlanıb. Baş direktor və müavinləri Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxslərinə vətəndaşların müraciətlərinə operativ baxılmasına dair müvafiq tapşırıqlar veriblər.

ƏvvəlkiRusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Növbətiİlham Əliyev Hadruta gedib, hərbi hissənin açılışında iştirak edib