“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” üzrə gəlirlər açıqlanıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb.

Fondun İctimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-avqust aylarında AÇG yatağından 2 657 milyon ABŞ dolları, “Şahdəniz” yatağından isə (qaz və kondensat) 232 milyon ABŞ dolları gəlir əldə edilib. Hesabat dövründə “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlir 166 milyon ABŞ dolları təşkil edib.

ƏvvəlkiPrezident iki ölkənin səfirinin etimadnaməsini qəbul edib
NövbətiNazirlər Kabinetinin Aparat rəhbərinin müavinlərinin sayı artırıldı