Azərbaycanlı iş adamı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürüb

Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyət göstərən “Ritz” un və qənnadı məhsulları şirkəti 10 min avro vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Şirkətin rəhbəri, azərbaycanlı iş adamı Rəvan Hüseynov AZƏRTAC-ın xüsusi müxbiri ilə söhbətində bildirib ki, koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında, hökumətin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və hazırda Vətəndən uzaqda olsa da, koronavirusa qarşı ölkəmizdə görülən işləri və qətiyyətli addımları yaxından izləyir.

Dövlətimizin başçısının Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılmasından xəbər tutan R.Hüseynov bu humanist və nəcib aksiyaya öz töhfəsini vermək qərarına gəlib və qeyd edilən vəsaiti Fondun hesabına köçürüb. O, xaricdə yaşayan iş adamları və imkanlı soydaşlarımızı öz könüllü yardımları ilə dövlətimizin koronavirusla mübarizədə fəaliyyətini dəstəkləməyə çağırıb.

ƏvvəlkiPolis sürücülərə tibbi spirt, maska və əlcək payladı
NövbətiStavropolun baş infeksionistinə qarşı cinayət işi açılıb