Azərbaycanın Xarkovdakı Mədəniyyət və İnformasiya Mərkəzinə silahlı hücum edilib

Azərbaycanın Xarkovdakı Mədəniyyət və İnformasiya Mərkəzinə silahlı hücum edilib.

Bu barədə AZƏRTAC-a Ukraynanın Xalq rəssamı, heykəltaraş, soydaşımız Seyfəddin Qurbanov məlumat verib.

Onun sözlərinə görə, ilkin ehtimala əsasən, mərkəzə iki güllə atəşi açılıb. Güllələr pəncərələrə dəyib.

S.Qurbanov bildirib ki, baş verən insidentlə bağlı Xarkov şəhər polisinə müraciət edib.

Xatırladaq ki, noyabrın 6-dan 7-nə keçən gecə Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun binasına silahlı hücum edilib. Gecə saat 02:30 radələrində Fəxri Konsulluğun Yaroslav Mudrı küçəsi, 7 ünvanında yerləşən ofisinə 6 güllə atılıb. Güllələr binanın pəncərəsinə və qapısına dəyib. Videokameraya düşmüş kadrlardan görünür ki, hadisə iki gənc tərəfindən törədilib. Fakt üzrə cinayət işi qaldırılıb, polis təhqiqat aparır.

Qeyd edək ki, Xarkov şəhəri ermənilərin daha çox sıx yaşadığı yerdir.

ƏvvəlkiBaş Prokurorluq: Ermənistan silahlı birləşmələrinin Bərdəni atəşə tutması nəticəsində bir nəfər həlak olub
NövbətiAzərbaycanda koronavirus infeksiyasına daha 1410 yoluxma faktı qeydə alınıb, 779 nəfər sağalıb