Azərbaycanın xarici işlər naziri Ermənistana xəbərdarlıq etdi

Ermənistanla sülh müqaviləsi, delimitasiya və kommunikasiyaların açılması bir-birindən ayrı proseslərdir.

AZƏRTAC xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Moskvada danışıqların üçüncü raundunun keçirilməli olduğunu diqqətə çatdıran nazir əlavə edib: “Ermənistan bir gün əvvəl sülh müqaviləsi ilə bağlı öz təkliflərini açıqladı. Bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan dedi ki, bu təkliflə sülh müqaviləsini imzalamaq olar. Bu, ictimaiyyətə mesaj vermək xətrinə verilən açıqlamadır”.

Nazir deyib ki, bir çox hallarda Ermənistan rəhbərliyi daxili auditoriyaya hesablanmış açıqlamalar verir.

“Ermənistanın öz milli maraqları baxımından praqmatik addımlar ataraq öhdəliklərini yerinə yetirməsi, ilk növbədə, onun özünə faydalı olar. Biz Ermənistanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsinə səy göstərməyə davam edəcəyik”, – deyə nazir vurğulayıb.

Ceyhun Bayramov, həmçinin qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsində və Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan tərəfinin Ermənistana qarşı şikayətləri üzrə tədbirlər görülür.

ƏvvəlkiXİN başçısının Laçın yolu ilə bağlı Quterreşə yazdığı məktub BMT TŞ-nin sənədi kimi yayılıb
NövbətiAzərbaycanda iki yeni medal təsis edilib