Azərbaycanın və Rusiyanın XİN başçıları regiondakı cari vəziyyəti müzakirə ediblər

Sentyabr 27-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, telefon danışığı zamanı, Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq gündəliyi, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyini, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyini diqqətə çatdırıb.

Azərbaycan ərazilərində qondarma rejimin buraxılması və erməni silahlı qüvvələrinin tərksilahı, habelə Azərbaycan ərazilərindən çıxarılması işinin həyata keçirildiyi, bununla yanaşı, Azərbaycanın Ermənistanla sülh prosesinin irəliləməsində maraqlı olduğu vurğulanıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ƏvvəlkiRuben Vardanyan “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılıb, Bakıya gətirilib
NövbətiOmbudsman: Azərbaycanın dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir