Azərbaycanın Qaqauziya ərazisində həyata keçirdiyi layihələr müzakirə edilib

Azərbaycan-Moldova münasibətləri ikitərəfli əməkdaşlığın bütün səviyyələrində yüksək sürətlə inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu fikri Moldovanın Qaqauz Muxtar Ərazi Qurumunun başqanı İrina Vlax Azərbaycanın bu ölkədəki səfiri Qüdsü Osmanovla görüşündə söyləyib.

İrina Vlax Azərbaycanın Qaqauziya ərazisində həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışaraq bildirib ki, Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən Çadır-Lunqa bələdiyyəsindəki Mədəniyyət və Təhsil Mərkəzinin inşası yaxın zamanlarda başa çatacaq. Mərkəzin açılışı bu ilin birinci yarısında planlaşdırılır.

Görüşdə epidemiyadan çıxış yolu kimi geniş peyvənd kampaniyasının həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Azərbaycanın Qəbələ rayonu ilə Qaqauz Muxtar Ərazi Qurumu arasında əməkdaşlıq və qardaşlaşma haqqında sazişin imzalanma perspektivi ətrafında müzakirə aparılıb.

ƏvvəlkiQazaxıstanda zəlzələ olub
NövbətiQazaxıstan vətəndaşları COVID-19-a qarşı elektron peyvənd pasportunu ala biləcəklər