Azərbaycanın Müdafiə naziri ilə Gürcüstan SQ Baş Qərargah rəisi arasında görüş keçirilib

Noyabrın 21-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüşüb.

Tərəflər regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, ikitərəfli əsasda və NATO proqramları çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıblar.

ƏvvəlkiAzərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib
NövbətiAzərbaycanın Müdafiə naziri ilə Türkiyə Baş Qərargah rəisi arasında görüş keçirilib