Azərbaycanın müdafiə naziri Gürcüstanda rəsmi səfərdədir

Noyabrın 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri cənab Cuanşer Burçuladzenin dəvətilə bu ölkəyə rəsmi səfər edib.

General-polkovnik Z.Həsənov Tbilisidəki Heydər Əliyev parkına gəlib, burada Ulu Öndərin abidəsini ziyarət edib, önünə əklil qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Gürcüstanın hərbi-siyasi rəhbərliyi ilə bir sıra görüşlərinin keçirilməsi planlaşdırılır.

ƏvvəlkiAzərbaycan Ordusunun mövqeləri atəşə tutulub
NövbətiAzərbaycan və Türkiyə Baş prokurorları İstanbuldakı terrorun araşdırılması ilə bağlı fikir mübadiləsi aparıb