Azərbaycanın “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda saxlanılıb

Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi qadın Dubayda tutulub.

“Report” xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1-ci (İnsan alveri) maddəsi ilə axtarışda olan 46 yaşlı Beydiyeva Zenfirə Şahbala qızı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün iş aparılır.

Qeyd edək ki, Z.Beydiyeva 16.07.1973-cü ildə Əli-Bayramlı şəhərində anadan olub, Şirvan şəhər sakinidir. Barəsində 2016-cı ildə axtarış elan edilib.

ƏvvəlkiPrezident İlham Əliyev Çinin Xarici İşlər nazirini qəbul edib
NövbətiYevlaxda tələbələrin qəzaya düşməsi nəticəsində 2 nəfər ölüb, 21 nəfər yaralanıb – SİYAHI – YENİLƏNİB