Azərbaycanın Gürcüstandakı səfirliyi daha 120 vətəndaşımızın ölkəyə qayıdışını təmin edib

Azərbaycanın Gürcüstandakı səfirliyi Avropadan Türkiyə və Gürcüstan ərazilərindən keçməklə ölkəmizə qayıtmaq istəyən daha 120 vətəndaşımıza lazımi kömək göstərib.

AZƏRTAC xəbər verir ki, martın 16-da Avropa ölkələrindən gələn daha 120 nəfər Azərbaycan vətəndaşı səfirliyin təşkilatçılığı ilə Türkiyə ilə Gürcüstan arasındakı “Sarp” sərhəd-keçid məntəqəsindən xüsusi avtobuslarla, yerli polisin müşayiəti ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə gətirilib.

Bildirilib ki, həmin şəxslər xüsusi müayinədən keçiriləcək və zərurət yaranarsa, 14-28 günlük karantin rejimində saxlanılacaqlar.

Qeyd edək ki, martın 15-də daha 60 vətəndaşımız səfirliyin dəstəyi ilə Azərbaycana qayıdıb.

Məlumat üçün bildirək ki, səfirlikdə “qaynar xətt” yaradılıb. Telefon nömrəsi: +995- 577-06-50-50

ƏvvəlkiMehman Axundov: “Balıq ovlamaqdan balıq yetişdirməyə keçəcəyik” – MÜSAHİBƏ
NövbətiBuraxılış imtahanları və rezidenturaya qəbul imtahanı təxirə salınıb