Azərbaycanın energetika naziri COP28 çərçivəsində təşkil olunacaq tədbirlərdə iştirak edəcək

Azərbaycanın energetika naziri Pərviz Şahbazov COP28-in Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) üzrə Baş İcraçı Direktoru Adnan Z.Aminin dəvəti ilə bu ölkəyə səfər edib.

Energetika Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazir və onun rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 4-5-də BƏƏ-nin Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində keçiriləcək “Bərpaolunan enerji və Enerji səmərəliliyi Nazirləri”nin dəyirmi masasında, eyni zamanda, Azərbaycan pavilyonunda təşkil ediləcək ölkəmizdə yaşıl enerji sahəsində investisiya imkanlarına həsr olunan tədbirdə iştirak edəcək.

Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

ƏvvəlkiBoks üzrə Azərbaycan çempionatına start verilib
NövbətiSAF 2023 – Beynəlxalq STEAM Azərbaycan Festivalı başlayıb