Azərbaycanın dağ-xizək kurortları MDB-də “TOP-10”a daxil edilib

Azərbaycanın iki dağ-xizək kurortu MDB məkanında ən yaxşılar sırasındadır.

Türk.az xəbər verir ki, MDB-nin qış kurortlarınar turlar və tətil təkliflərinin təhlili əsasında “TurStat” agentliyinin tərtib etdiyi reytinqə əsasən, “Tufandağ” (Qusar rayonu) və “Şahdağ” (Qəbələ rayonu) dağ-xizək kurortları “TOP-10”a daxil edilib.

Reytinqin tərtibatçıları MDB məkanında xizək və snoubord üzrə ən yaxşı kurortların Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan və Ermənistanda yerləşdiyini vurğulayıb.

Qış kurortlarına turlar və tətil təkliflərinin təhlilinə əsasən, MDB ölkələri arasında ilk onluğa həmçinin Qazaxıstandakı Çimbulak, Altay Alpları və Nurtau, Belarusdakı Loqoysk və Siliçi, Ermənistandakı Tsaxkadzor, Qırğız Respublikasındakı Karakol və Özbəkistandakı Çimgən kurortları daxil edilib.

ƏvvəlkiUkraynada deputatların sayı azaldılacaq
Növbətiİmişlidəki qəbiristanlıqda dəfn edilən naməlum şəhidlərdən birinin kimliyi dəqiqləşib