Azərbaycanın Baş naziri Türkiyənin vitse-prezidentini təbrik edib

Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 29-da Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Türkiyənin vitse-prezidenti Fuat Oktaya təbrik məktubu ünvanlayıb.

Bu barədə “Report”a Nazirlər Kabinetindən məlumat verilib.

Məktubda Azərbaycan-Türkiyə dostluq və qardaşlığının xalqlarımızın ortaq milli-mənəvi dəyərlərindən güc aldığı vurğulanıb.

İki ölkə arasında müxtəlif sahələrdə səmərəli və fəal əməkdaşlığın bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcəyinə əminlik ifadə olunub.

ƏvvəlkiVətən müharibəsinin Lerik rayonundan olan 47 şəhidinin xatirəsi dərin ehtiramla yad edilib
NövbətiBakı Olimpiya Stadionu Türkiyə bayrağı ilə işıqlandırılıb