Azərbaycandan üç nəfər “Altın Kelebek” mükafatına layiq görülüb

Hər il qardaş ölkə Türkiyədə keçirilən “Altın Kelebek” mükafatının builki qalibləri arasında Azərbaycanın tanınmış simaları da yer alıb.

AZƏRTAC xəbər verir ki, bir ay müddətində davam edən səsvermədə izləyicilər tərəfindən ən çox səs toplayaraq mükafatı qazanan namizədin kimliyi Türkiyədə keçirilən möhtəşəm gecədə açıqlanıb.

“Azərbaycanın parlayan ulduzu” nominasiyası üzrə mükafatın sahibləri teleaparıcı və aktrisa Kəmalə Piriyeva, müğənni Samirə Əfəndi və bloger Nəcibə Əhmədidir.

ƏvvəlkiQızılın bir unsiyasının qiyməti ilk dəfə 2 100 dolları keçib
NövbətiBakıda avtoqəza nəticəsində işıqfor dirəyi və idarəetmə qutusu sıradan çıxıb