Azərbaycandan Türkiyəyə 855 min manat maddi yardım göndərilib

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycandan Türkiyəyə 6-9 fevral tarixlərində edilən yardımlar açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi öz “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, humanitar yardım Türkiyəyə 8 təyyarə və 24 yük avtomobili vasitəsilə çatdırılıb.

Azərbaycandan Türkiyəyə 855 000 manat maddi yardım edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

ƏvvəlkiMüdafiə Nazirliyinin tibb ehtiyatından qardaş Türkiyəyə yardım göndərilib
NövbətiTürkiyənin zəlzələ baş vermiş ərazilərindən Azərbaycan vətəndaşlarının təxliyəsi davam edir