Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ qeydə alınıb.

Bu barədə “Report” Zəlzələlərin Tədqiqatı Bürosuna istinadən xəbər verir.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 20:28-də Cəlilabad stansiyasından 18 km şimalda Biləsuvar rayonunda 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 33 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

ƏvvəlkiErmənistanın təxribatı vəziyyətin gərginləşdirilməsinə xidmət edir
NövbətiABŞ-ın iki şəhərində cari il oktyabrın 18-i “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü” elan edilib