Azərbaycanda sutka ərzində koronavirusa 376 nəfər yoluxub

Azərbaycan Respublikasında sutka ərzində koronavirus infeksiyasına 376 nəfər yoluxub, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 240 min 671 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 231 min 61 nəfər müalicə olunaraq sağalıb, 3286 nəfər vəfat edib. Aktiv xəstə sayı 6324 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 716 min 17 test aparılıb. Bugünkü test sayı isə 5891-dir.

Əvvəlki“YAŞAT” Fonduna daxil olan vəsaitin 14 milyon manatdan çoxu xərclənib
NövbətiBu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür