Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edildi

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Prezident seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

ƏvvəlkiZəlzələ Bakı metropoliteninin fəaliyyətinə təsir göstərməyib
NövbətiPrezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib