Azərbaycanda minik avtomobillərinin istehsalı 2,6 dəfə artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 299,5 mln manatlıq məhsul istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maşın və avadanlıqların istehsalı 5,2% artıb, sair nəqliyyat vasitələrinin istehsalı 10%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 24,3% azalıb.

Dövr ərzində 901 ədəd traktor istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,1% azdır. Nəticədə bu ilin dekabrın 1-nə 323 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 11 ayı ərzində ölkədə 2 072 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur. Nəticədə bu ilin dekabrın 1-nə 422 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Hesabat dövründə Azərbaycanda ştanqlı quyu nasoslarının istehsalı 56,2%, fəvvarə armaturunun istehsalı 36,1%, mancanaq dəzgahlarının istehsalı 24,1% artıb.

ƏvvəlkiYAP Gəncə şəhər təşkilatının fəal gəncləri “Xalq üçün” təşviqat aksiyası keçirib
NövbətiTÜRKPA-nın Bakı iclasının yekunu üzrə qəbul edilən bəyannamənin mətni açıqlanıb