Azərbaycanda məntəqə seçki komissiyaları yenidən formalaşdırılacaq

“Artıq bütün dairələr sədr və katibləri seçiblər. Bununla da DSK-ların formalaşdırılması prosesi başa çatıb. Növbəti addım isə məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır və bu proses gedir”.

“Report”un xəbərinə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, MSK tərəfindən buraxılmış məntəqələrin komissiyaları və onların üzvləri məntəqə seçki komissiyaları formalaşdırılan zaman yenidən üzv seçilə bilməzlər: “MSK bunu diqqətdə saxlamalıdır”.

ƏvvəlkiBu gün Azərbaycanda COVID-19 əleyhinə 86 min dozaya yaxın peyvənd vurulub
Növbətiİranda koronavirusdan ölənlərin sayı 110 minə yaxınlaşır