Azərbaycanda koronavirusa 844 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 2057 nəfər müalicə olunaraq sağalıb, 844 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 324 min 685 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 301 min 6 nəfər müalicə olunaraq sağalıb, 4635 nəfər vəfat edib. Aktiv xəstə sayı 19044 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 300 min 581 test aparılıb. Bugünkü test sayı isə 10717-dir.

ƏvvəlkiTürkiyə XİN: Latviya parlamentinin “erməni soyqırımı” ilə bağlı qərarını rədd edirik
NövbətiXalq artisti Arif Quliyev vəfat edib